Şərtlər və Qaydalar
SƏNƏDLƏŞMƏ PROSESİ
Rəsmi diler və sifarişçi arasında alqı-satqı müqaviləsi və fakturanın (invoice) hazırlanması prosesi AZETRON vasitəçiliyi ilə həyata keçirilir. Bundan başqa, AZETRON TRADING GROUP ilə də sifarişçi arasında ikinci bir müqavilə imzalanır. Sifarişçinin adına rəsmiləşdirilən müqavilə və faktura onun elektron ünvanına göndərilir. Sifarişçi əldə etdiyi sənədlərlə birgə Azərbaycandakı istənilən yerli banklardan birinə yaxınlaşaraq pul köçürməsini beynəlxalq qaydalara əsasən həyata keçirdir. Pul birbaşa dilerin bank hesabına köçürülür. Əgər sifariş verilən avtomobil əldə, yəni dilerin anbarında varsa və ixrac üçün tam hazırdırsa o zaman ödəniş tam şəkildə (100%) edilir. Əgər sifariş verilən avtomobil əldə, yəni dilerin anbarında yoxdursa onun zavod tərəfindən istehsalını gözləməliyik. Bu halda sifarişçi ödənilməsi nəzərdə tutulan ümumi məbləğin minimum 30%-ni dilerin bank hesabına köçürməlidir. Məbləğin yerdə qalan hissəsi isə avtomobil zavoddan dilerin anbarına göndərildikdən və ixrac üçün tam hazır olduqdan sonra ödənilir.
GÖZLƏMƏ MÜDDƏTİ
Avtomobilin alınması, yoxlanılması, ixraca dair sənədlərin və gömrük bəyənnaməsinin hazırlanması və Çindəki limanlara qədər nəqli AZETRON vasitəçiliyi ilə həyata keçirilir. Əgər avtomobil dilerin əlində hazır vəziyyətdədirsə, o zaman maksimum 10 gün ərzində onu Çindəki daşıma şirkətinə təhvil vermək mümkündür. Əgər avtomobil hazır deyilsə və onun zavoddan gəlməsini gözləməliyiksə, bu zaman 10 gündən əlavə təxmini olaraq 1-3 ay arası vaxt tələb olunur. Hal-hazırda tələb yüksək olduğundan dilerlərdə avtomobil çatışmazlığı yaşanır, ona görə də bəzi hallarda avtomobilin zavod tərəfindən istehsal olunmasını gözləməli oluruq.
DAŞINMA QAYDASI
Avtomobilin logistika xidmətinə təhvil verilməsi, siğortalanması və Azərbaycan gömrüyünə qədər yola salınması AZETRON vasitəçiliyi ilə həyata keçirilir. Avtomobilin Çindən Azərbaycana göndərilməsi üçün quru, dəmir və dəniz yollarından istifadə edilir. Dəniz yolu ilə göndərildikdə minimum 2 ay, quru və ya dəmir yolu ilə göndərildikdə isə minimum 40-50 gün müddət tələb olunur. Çinin Şanxay, Ninbo, Çindao və Şıngın dəniz limanlarından yola çıxan konteynerlər həmin vaxtı mövcud olacaq şərtlərdən asılı olaraq ya İranın Bəndar-Abbas beynəlxalq dəniz limanına ya da Gürcüstanın Poti dəniz limanına çatdıqdan sonra quru yolu ilə Bakıya nəql edilir. Avtomobillər ya 40 futluq konteynerlərdə (hər konteynerdə maksimum 3 ədəd avtomobil olmaqla), ya da 20 futluq konteynerlərdə (hər konteynerdə maksimum 2 ədəd avtomobil olmaqla) siğortalanmış şəkildə daşınır. Quru yolu ilə daşınma zamanı isə, Çindən yola çıxan avto-daşıyıcılar (avtovoz) Çin-Qazaxıstan sərhədində yerləşən Xorqos quru limanını keçməklə Qazaxıstan və Xəzər dənizi üzərindən Bakıya, daha dəqiqi Ələt Portuna çatır. Həmçinin, dəmir yolu daşımaları zamanı, Çinin Xi'an şəhərindən yola çıxan qatarlar Orta Dəhliz marşrutu ilə Qazaxıstanı və Xəzər dənizini (bərələrlə) keçməklə Azərbaycana çatır. Daşınma müddəti logistika şirkətinə, avtomobilin olduğu şəhərə, çatdırılacaq limana və göndəriləcək marşruta görə dəyişiklik göstərə bilir.
GÖMRÜK ŞƏRTLƏRİ
Nazirlər kabinetinin 2022-ci ilin noyabr ayında vermiş olduğu rəsmi qərara əsasən, Azərbaycana idxal edilən elektrik mühərrikli avtomobillər gömrük rüsumundan tamamilə azad edilib. Bir sözlə, istehsal müddəti 3 ili keçməyən elektromobillərin ölkəyə idxalı zamanı nəzərdə tutulmuş ümumi vergi 250 AZN, plug-in hibrid texnologiyası əsasında işləyən avtomobillər üçün isə 1650 AZN təşkil edir.
XƏBƏRDARLIQ!
AZETRON və ya Uzaq Şərqli adından bu nömrədən başqa (+994 99 855 00 55) ödəniş və ya hər hansı bir məsələ ilə bağlı gələn mesaj və zənglərə aldanmayın.
2024 @AZETRON TRADING GROUP
Powered by Uzaq Şərqli